Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İsmayıllıda “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, dini icmanın sədri Rəşid Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov açıb və keçirilən maarifləndirmə tədbirlərinin xüsusilə gənclərin radikalizm və ekstremizmə qarşı maarifləndirilməsində mühüm rol oynadığını bildirib.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə formaları haqqında məlumat verib.
İsmayıllı RİH başçısı Aparatının nümayəndəsi Bəhruz Xələfov radikalizmin təbliğində istifadə edilən psixoloji metodlar və onlardan xilas üsulları haqqında çıxış edib.
Daha sonra “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov çıxışında ənənəvi İslam anlayışının mahiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara Dövlət Komitəsi tərəfindən çap edilmiş dini məzmunlu ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İsmayıllıda “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

    11 Sentyabr 2017 09:55