Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

"Sülh aylığı" çərçivəsində keçirilən tədbirlər davam edir

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən rayonu Zarat kənd məscidində “Sülh aylığı”na həsr olunmuş “Azərbaycanda sülh və həmrəylik” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Siyəzən rayonu Zarat kənd məscidinin axundu Hacı İmran Xudaverdili və dindarlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən  Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov ölkəmizdə sülhün qorunub saxlanması sahəsində dövlətin atdığı addımlardan və həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, Siyəzən rayonunda da bu sahədə görülən işlərdən danışıb, müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev məruzəsində qeyd edib ki, ölkə rəhbərliyinin müvafiq Sərəncamına uyğun olaraq hər il avqust və sentyabr aylarında “Sülh aylığı” adı altında müxtəlif formatlı tədbirlər həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparmaqdadır.
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında “Sülh aylığı”nın keçirilməsinin əhəmiyyətini və məqsədlərini izah edib.
Siyəzən rayonu Zarat kənd məscidinin axundu Hacı İmran Xudaverdili çıxış edərək vurğulayıb ki, Azərbaycanda mövcud olan ənənəvi İslam dininin əsasını sülh və barış təşkil edir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • "Sülh aylığı" çərçivəsində keçirilən tədbirlər davam edir

    09 Sentyabr 2017 10:09