Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dini radikalizm heç vaxt Azərbaycan cəmiyyətində özünə yer tapmayıb

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şəki rayon Kiçik Dəhnə kənd məscidi dini icmasının “Cəmiyyətimizi dini-radikal təsirlərdən qoruyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və şöbənin əməkdaşı Elvin Qarayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının Kiçik Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aslan Mirhəsənov, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, dini icma sədri Əvəz Nəsrullayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Ə.Nəsrullayev layihə haqqında tədbir iştirakçılarına məlumat verib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri G.Paşayev bildirib ki, insanların xüsusilə gənclərin dini radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması vacib məsələlərdəndir. Şöbə müdiri çıxışında radikal və ənənəvi dini cərəyanlar arasındakı fərqli cəhətlərə də toxunub.
Daha sonra Şəki-Oğuz bölgə qazısı K.Məmmədov deyib ki, Azərbaycan xalqı tarixən ənənəvi İslam dəyərlərinə sadiq oldub, dini radikalizm heç vaxt Azərbaycan cəmiyyətində özünə yer tapmayıb. O, çıxışında İslamın sülh dini olması, milli-mənəvi dəyərlərimiz, dini radikalizmin fəsadları, radikal-ekstremist ünsürlərin cəmiyyətimiz, dövlətçiliyimiz üçün yaratdığı təhlükələr və dini sahədəki digər aktual məsələlərə də geniş yer verib.
Şəki ŞİH başçısının Kiçik Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aslan Mirhəsənov isə  vurğulayıb ki, dini radikalizmə qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində dinin fəlsəfəsini düzgün anlayan hər bir dindar fəal olmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dini radikalizm heç vaxt Azərbaycan cəmiyyətində özünə yer tapmayıb

    08 Sentyabr 2017 17:31