Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şamaxıda “Radikalizm və onun fəsadları” adlı maarifləndirici tədbir baş tutub

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən Çarhan kənd məscidində “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli,  Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, Qobustan şəhər “Heydər” məscidinin imamı Çingiz Babaşov, Çarhan kənd məscidinin imamı Cavid Seyfullayev və başqaları iştirak ediblər.
Çıxışlarda zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu gün milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, yetkin dünyagörüşünə malik olmayan gənc nəsil yad ideologiyaya, təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə bilər. Odur ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri mühüm vəzifələrdəndir.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şamaxıda “Radikalizm və onun fəsadları” adlı maarifləndirici tədbir baş tutub

    08 Sentyabr 2017 17:14