Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dini dünya sivilizasiyasının mühüm səhifəsini təşkil edir

Sentyabrın 8-də Astara rayonu Kijəbə qəsəbə məscidi dini icmasının keçirilən “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşı” adlı layihəsi çərçivəsində Kijəbə qəsəbəsində “Sülh Aylığı” na həsr olunmuş “İslam sülh, həmrəylik və birlik dinidir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev, şöbənin əməkdaşları, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, bələdiyyə sədri Ağadadaş Qənbərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında Azərbaycanda İslam dininin xalqımızın mədəniyyətində, milli-mənəvi dəyərlərindəki əhəmiyyətindən bəhs edib. Q.Məmmədov ölkəmizdə müxtəlif  xalqların və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşadığını, məzhəblərarası harmoniyanın hökm sürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev çıxışında həmrəylik, tolerantlıq və dözümlülük dini olan İslam dininin dünya sivilizasiyasının mühüm səhifəsini təşkil etdiyini, xalqımızın milli-mədəni inkişafında müstəsna rol oynadığını bildirib.
QMİ-nin  Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov İslam dininin sülh dini olduğunu qeyd edib.
Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, bələdiyyə sədri Ağadadaş Qənbərov keçirilən tədbirlərin qəsəbə üçün böyük əhəmiyyətinin olduğunu, bu baxımdan DQİDK-nın fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dini dünya sivilizasiyasının mühüm səhifəsini təşkil edir

    08 Sentyabr 2017 16:13