Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icmasının “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi sülhə töhfə kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlik Abuşov, məktəbin direktoru Şəhla Talıblı,Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icmasının sədri Abuzər Xankişiyev və  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı E. Həmidli çıxışında xalqımızın zəngin milli-mənəvi, mədəni və dini dəyərlərə sahib olduğunu, dövlət-din münasibətlərinin Azərbaycan modelinin dünyada bir nümunə kimi  qəbul edildiyini bildirib. E.Həmidli ölkəmizdə həm İslam dini daxilində, həm də digər səmavi dinlər arasında həmrəylik və dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib.
Lənkəran ŞİH başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlik Abuşov və başqaları çıxışlarında Dövlət Komitəsi tərəfindən İslam həmrəyliyinin təbliği istiqamətində həyata keçirilən tədbirlərin ictimaiyyətin maariflənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb. 
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
   
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    08 Sentyabr 2017 15:54