Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib

Avqustun 11-də “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda növbəti tədbir Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçirilib.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini mayor Surxay Gülməmmədov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, hərbçilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində milli-mənəvi dəyərlərin təbliğinin rolu barədə də fikirlərini dinləyicilərlə bölüşüb.
DQİDK sədrinin müavini Səyavuş Heydərov dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Sədr müavini İslam dininin ekstremizmə, radikalizmə qarşı mənəvi dəyərlər sistemi olduğunu bildirərək, radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını qeyd edib. Sədr müavini vurğulayıb ki, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. S.Heydərov çıxışında onu da qeyd edib ki, bütün fəaliyyətimizin hədəfi milli və islami dəyərlərimizin qorunmasına yönəlib.
Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.   

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib

    11 Avqust 2017 18:05