Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Salyanda maarifləndirici tədbir təşkil olunub

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan şəhəri mərkəzi “Hacı Tağı” məscidi dini icmasi tərəfindən “İslam dinində tolerant və multikultural dəyərlər”  layihəsi çərçivəsində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti(RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, DQİDK-nın Təhlil və proqnozlaşdırma  şöbəsinin əməkdaşı Rövşən Nəzərov , “Hacı Tağı”  məscidi dini icmasının sədri Hüsni Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısı Aparatının nümayəndəsi Aqşin Babayev bu kimi layihələrin önəmindən danışıb. O bildirib ki, dövlət-din münasibətləri qanunla tənzimlənir, beynəlxalq praktikaya və yüksək sivilizasiyaya əsaslanır.
DQİDK-nın əməkdaşı Rövşən Nəzərov isə qeyd edib ki, ölkəmizdə müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar bərabər,mehriban və həmrəylik şəraitində yaşayır. O,həmçinin, vurğulayıb ki, milli-mənəvi həmrəylik və etnik-dini tolerantlıq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin məntiqi nəticəsidir.
İcma sədri Hüsni  Həsənov Qurani-Kərimdən ayələr və İslam peyğəmbərindən hədislər gətirərək mövzu ilə bağlı öz fikirlərini  bölüşüb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Salyanda maarifləndirici tədbir təşkil olunub

    11 Avqust 2017 17:32