Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qubada “Ənənəvi İslam və həmrəylik” layihəsi uğurla davam etdirilir

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Quba şəhəri “Ərdəbil” məscidi dini icması tərəfindən “Ənənəvi İslam və həmrəylik” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdüri Eynulla Nurullayev, “Ərdəbil” məscidi dini icmasının sədri Naib Səttarov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Naib Səttarov dindarların qarşılıqlı anlaşma şəraitində yaşaması və fəaliyyət göstərməsində ölkəmizdə mövcud olan həmrəylik mühitinin mühüm rol oynadığını bildirib. Azərbaycan dövlətinin dindarlara ən yüksək səviyyədə qayğı göstərdiyini  bildirən N. Səttarov tikilən və yenidən bərpa olunan ibadət ocaqlarımızın buna əyani nümunə olduğunu qeyd edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, İslam dininə olan dövlət qayğısından danışıb. O qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiyanın göstəricisidir. E. Nurullayev bildirib ki, İslam həmrəyliyi yalnız dini sahədə deyil, eyni zamanda müsəlman ölkələrinin sosial-iqtisadi, siyasi, mədəniyyət sahələrində bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsidir və onların arasında nifaq salmaq istəyənlərə tutarlı cavabdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qubada “Ənənəvi İslam və həmrəylik” layihəsi uğurla davam etdirilir

    11 Avqust 2017 17:28