Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“İslamın bəşəri dəyərlərə münasibəti” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbə “Rəsulullah” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - dini radikalizmdən xilas yolu” layihəsi çərçivəsində “İslamın bəşəri dəyərlərə münasibəti” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov, Güzdək qəsəbə məscidinin axundu Mirkazım Kazımlı, dini icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məscidin axundu Mirkazım Kazımlı mövzu ilə əlaqədar tədbir iştirakçılarına məlumat verib və bütün bu maarifləndirici tədbirlərin dövlətin dini icmalara bariz dəstəyinin sübutu olduğunu vurğulayıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov bəşəri dəyərlərin mahiyyəti barədə danışıb. Natiq İslam dinində bəşəri dəyərlərin hansı şəkildə təcəssüm etdiyini Quran ayələrindən və hədislərdən nümunələrlə əsaslandırıb.
O.Axundov, həmçinin, narkomaniya və narkotik maddələrin zərərləri barədə məlumat verərək bildirib ki, insanlığın ümumi bəlasına çevrilmiş narkomaniya həm də bəşəri dəyərlərə və İslam dəyərlərinə ciddi zərbə vurur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “İslamın bəşəri dəyərlərə münasibəti” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

    11 Avqust 2017 17:12