Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Masallıda dini maarifləndirmə tədbirləri davam etdirilir

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Lürən kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində “Azərbaycanda multikultural dəyərlər və tolerantlıq ənənələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Lürən kənd bələdiyyəsinin sədri Mərdəli Şükürov, icma sədri Balakərim Yaqubov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov qeyd edib ki, biz qürurla deyə bilərik ki, bu gün dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətdir.
Lürən kənd bələdiyyəsinin sədri Mərdəli Şükürov bildirib ki, İslam dini həmrəylik, tolerantlıq, dözümlülük dinidir. İslamın xalqımızın milli-mədəni inkişafında müstəsna rol oynadığını bildirərək İslami dəyərlərin və ənənələrinin ölkəmizdə həmişə uca tutulduğunu deyib.
İcma sədri Balakərim Yaqubov və digərləri çıxışlarında Azərbaycandakı multikultural və tolerantlıq ənənələrindən danışıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Masallıda dini maarifləndirmə tədbirləri davam etdirilir

    11 Avqust 2017 16:28