Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Gədəbəydə “İslamın mənəvi,əxlaqi dəyərlərinin gənclərə aşılanması” layihəsi uğurla icra olunur

Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gədəbəy şəhər Cümə məscidi dini icması tərəfindən “İslamın mənəvi ,əxlaqi dəyərlərinin gənclərə aşılanması” layihəsi çərçivəsində “Dini radikalizmin və ekstremizmin zərərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev və şöbənin əməkdaşları,Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Dövlət Təhlükəsizliyi Xidmətinin Gədəbəy rayon şöbəsinin rəis müavini Aydın Əliyev, icma sədri Rövşən Mustafayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Rövşən Mustafayev mövzunun əhəmiyyətindən, eləcə də dövlətin dinə və dindarlara qayğısından bəhs edib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev İslamın sülh və qardaşlıq dini olmasından, dövlət başçısının islami dəyərlərə verdiyi önəm və bu münasibətlə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən, Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından danışıb.
Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov dövlətin dini qurumlara göstərdiyi qayğı və diqqətdən, ənənəvi İslam dəyərləri, dini radikalizmin cəmiyyətimiz, dövlətçiliyimiz üçün yaratdığı təhlükələr və dini sahədəki digər aktual məsələlər barədə ətraflı çıxış edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Gədəbəydə “İslamın mənəvi,əxlaqi dəyərlərinin gənclərə aşılanması” layihəsi uğurla icra olunur

    10 Avqust 2017 17:07