Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Balakəndə “Dinimizdə vətən sevgisinin önəmi” mövzusunda tədbir keçirilib

Avqustun 10-da Balakən rayonu Kortala kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kortala kənd dini icması tərəfindən həyata keçirilən “İslam dinində vətən sevgisi və şəhidlik” layihəsinin təqdimatı olub və sözügedən layihə çərçivəsində “Dinimizdə vətən sevgisinin önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Balakən rayon qazısı İbrahim İbrahimov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri, Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov çıxışında layihə haqqında məlumat verib və layihənin həyata keçirilməsi üçün göstərdiyi dəstəyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.  
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev bildirib ki, dinimizə görə vətən müqəddəsdir və onu qorumaq hamının borcudur. Çünki vətən bütün müqəddəs dəyərlərimizin, dinimizin və milli kimliyimizin mövcudluğunun əsasıdır.
QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov qeyd edib ki, dinimizə görə vətəni sevmək və onu qorumaq imandandır. Vətəni müdafiə etmək üçün düşmənə qarşı mübarizə apararaq şəhid olmaq bir müsəlmanın nail ola biləcəyi ən yüksək mənəvi dərəcədir. Azərbaycan uzun illərdir ki, Ermənistanla müharibə şəraitində yaşayır. Hələ bir ay əvvəl erməni quldurları iki yaşı tamam olmamış körpə Zəhranı nənəsi ilə birgə qətlə yetiriblər. Bu həmin canilərin qəddarlığının hansı dərəcədə olduğunun ən bariz nümunəsidir.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov gənclərə milli-mənəvi dəyərlərimizin təhrif olunması və ona qarşı mübarizədə təhsil amilinin əhəmiyyəti haqqında geniş məlumat verib. Vurğulayıb ki, dinimizdə alimin qələminin mürəkkəbi şəhid qanı qədər müqəddəs hesab olunur. Vətənimizə faydalı olmaq və dinimizi düzgün təmsil etmək üçün dini və dünyəvi elmlərə dərindən yiyələnməliyik.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Balakəndə “Dinimizdə vətən sevgisinin önəmi” mövzusunda tədbir keçirilib

    10 Avqust 2017 18:00