Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ucarda “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, dini icmanın sədri Ceyhun Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, əsas vəzifəsi həm fərdə, həm də cəmiyyətə mənəvi rahatlıq bəxş etmək olan dinlərin bəzən insanları öldürmək və mallarını qəsb etmək üçün bir alət kimi istifadə edildiklərinin şahidi oluruq. Ə.Rəfiyev belə bir mərhələdə Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və digər natiqlər bu cür maaarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ucarda “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

    10 Avqust 2017 16:27