Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin sərhədlərini aşan mesajdır

Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici xarakterli seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan “BP Azərbaycan” şirkətinin Xarici əlaqələr şöbəsinin müdiri Rəşad Bayramov dini maarifləndirmənin əhəmiyyətini vurğulayaraq DQİDK-nın bu istiqamətdə fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Dini radikalizmin coğrafiyasının hər ötən gün bir qədər də genişləndiyini diqqətə çatdıran DQİDK-nın sədr müavini Səyavuş Heydərov dini ektremizm və terrorizmin səbəb olduğu bəlalardan geniş bəhs edib. Bildirib ki, Yaxın və Orta Şərqdə din və məzhəb ayrı-seçkiliyi zəminində başladılan, bu gün də davam edən müharibələr ucbatından onminlərlə günahsız insan qətlə yetirilib, yüzminlərlə insan öz yurd-yuvasından didərgin düşərək qaçqın həyatı yaşamaq məcburiyyətində qalıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində də Azərbaycanda dini-milli zəmində başladılmağa çalışılan vətəndaş qarşıdurmasına, böhrana məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra son qoyuldu. Ümumilli Liderimizin əsasını qoyduğu dövlət-din siyasətinin uğurlu davamının nəticəsidir ki, bu gün ölkəmiz bütün dünyada multikulturalizmin, tolerantlığın nadir mərkəzlərindən biri kimi qəbul olunur, sahib olduğumuz dəyərlər ən yaxşı nümunə qismində öyrənilir və nümunə göstərilir. Bu mənada İslam aləmində böyük nüfuza, siyasi xarizmaya sahib olan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi respublikamızın sərhədlərini aşan, bütövlükdə müsəlman dünyasını birliyə, həmrəyliyə çağıran mesajdır və bu, həm də dövlətimizin, onun başçısının ümumbəşəri problemlərə yanaşma tərzinin ən bariz nümunəsidir. Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, təkcə bölgədə deyil, getdikcə dünyada söz sahibi olmağa başlaması müəyyən dairələri narahat edir və onlar zaman-zaman müxtəlif yollarla, o cümlədən din pərdəsi altında sahib olduğumuz dəyərləri sarsıtmağa, həmrəyliyimizi, sabitliyimizi pozmağa çalışırlar. Ancaq dövlətimiz bütün imkanlarından istifadə edərək bu kimi cəhdlərin qarşısını hər zaman alıb və bundan sonra da alacaqdır. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Çünki milli təhlükəsizliyimizin qorunması hamımızın ən ümdə vəzifəsidir.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev bildirib ki, ərəbcədən tərcümədə mənası “sülh” olan İslam bu gün, təəssüf ki, “müharibə”, “döyüş” kimi neqativ sözlərlə eyniləşdirilib. Halbuki bu din, onun Peyğəmbəri nəinki qeyri-müsəlmanlara, hətta dinsizlərə qarşı da amansız davranılmalı olduğunu buyurmayıb, belələrinin təqdirini Allahın ixtiyarına buraxıb. Qurani-Kərimin “Dində məcburiyyət yoxdur”, “Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!” və s. ayələr bunun əyani sübutudur.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin sərhədlərini aşan mesajdır

    10 Avqust 2017 17:59