Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Xaçmaz rayonunda “Birliyimiz həmrəyliyimizdədir” layihəsi uğurla davam etdirilir

Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xaçmaz rayonu Yalama kənd məscidi dini icması tərəfindən “Birliyimiz həmrəyliyimizdədir” layihəsi çərçivəsində maarifləndirici tədbiri keçirilib.
Tədbirdə Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz rayon şöbəsinin Yalama bölməsinin rəisi Tural Quliyev, Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov və qəsəbə ictimaiyyəti iştirak ediblər.
Xaçmaz RİH başçısı Aparatının nümayəndəsi Ceyhun Musayev çıxışında icra olunan layihənin məqsədinə toxunaraq, qeyd edib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ölkəmizdə dini sahədə normal mühitin mövcud olmasından xəbər verir. Azərbaycanda dini durumun sabitliyi, tolerantlıq mühiti dünya ölkələrinin bir çoxunun diqqətini çəkib.
DTX Xaçmaz rayon şöbəsinin Yalama bölməsinin rəisi Tural Quliyev Azərbaycanda dini radikalizmə qarşı mübarizə tədbirlərinə toxunmaqla yanaşı, dünyada, əsasən də Yaxın Şərqdə baş verən qarşıdurmalara diqqət çəkib. Natiq qeyd edib ki, əsas münaqişələr bir ölkə daxilində yaşayan vətəndaşların dini müstəvidə ortaq məxrəc tapmamaları ilə başlayıb, hazırda isə bu dairəni də aşaraq böyük bir arealda davam etməkdədir. T. Quliyev vurğulayıb ki, birliyin, yekdilliyin və həmrəyliyin olmadığı yerlərdə bu cür münaqişələr qaçılmazdır, ölkəmizdə isə mövcud olan həmrəylik mühiti sabitliyin qarantıdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov Azərbaycanda təkcə müsəlmanların deyil, digər dinlərin də nümayəndələrinin sərbəst və azad şəkildə ibadət etdiklərini qeyd edib. O bildirib ki, dövlətimiz sinaqoq, kilsə və məscidlərin qorunub saxlanılması, onların normal fəaliyyət göstərmələri üçün şərait yaradır. Ölkədə mövcud olan həmrəyliyin tarixi köklərinə toxunan məruzəçi günümüzdə də bu həmrəyliyin davam etdirilməsi üçün dövlətin atdığı addımları vurğulayıb.  
İcma sədri Namik Osmanov maarifləndirmə tədbirlərinin kənd ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığını deyib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Xaçmaz rayonunda “Birliyimiz həmrəyliyimizdədir” layihəsi uğurla davam etdirilir

    10 Avqust 2017 15:35