Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qobustanda “Məzhəblərarası vəhdət” adlı maarifləndirici tədbir təşkil olunub

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, RİH başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aftandil Şikarov dini icma tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin gənclər arasında müsbət nəticələr verdiyini və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. 
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov məzhəblərarası vəhdətin və müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. İslamın məzhəbləri arasındakı bəzi fərqliliklərin müzakirəsindən daha çox ortaq dini dəyərlər ətrafında birləşməyin vacibliyini vurğulayaraq bu işdə dini icmaların, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Daha sonra RİH başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev çıxış edərək müsəlmanların ən böyük gücünün həmrəylik və vəhdət olduğunu, vəhdətin təmin olunması üçün məzhəblər arasında dialoqun vacibliyini vurğulayıblar. 
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qobustanda “Məzhəblərarası vəhdət” adlı maarifləndirici tədbir təşkil olunub

    09 Avqust 2017 17:34