Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər Hacı İsmayıl məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin və İslami dəyərlərin təbliği” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Ələkbərov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, icma sədri Əli  Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Əli Məmmədov bu cür maarifləndirmə tədbirləri ilə milli-mənəvi dəyərlərimizin, xüsusilə gənclər arasında təbliğatının vacibliyindən danışıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Ələkbərov bildirib ki, Azərbaycan tarix boyu multikultural və tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev qeyd edib ki, İslam dünyasında, o cümlədən Azərbaycanda hər zaman multikultural, tolerant və islami dəyərlərə önəm verilib. Dövlət başçısı tərəfindən ötən ilin “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi cənab Prezidentin tolerantlıq və İslam ənənələrinə verdiyi dəyərdən irəli gəlir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    09 Avqust 2017 16:50