Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Zərdabda növbəti maarifləndirici tədbir keçirilib

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab şəhər “Cümə”  məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi sülhə çağırışdır”  layihəsi çərçivəsində “İslam həmrəyliyinin qarşısında duran maneələr” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədlərdən biri də İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirməkdir.
“İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bütün səmavi dinlərin bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin etdiyini bildirib. Azərbaycanın multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətindəki səyləri ilə də öz örnəyini təqdim edəcəyini qeyd edib.
Daha sonra mövzu ilə bağlı Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyevin və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Sədi Hüseynov və Rauf Nəsirovun, Gəlmə kənd bələdiyyəsinin sədri Abdul Orucovun və başqalarının çıxışları dinlənilib. Çıxış edən natiqlər bu gün dünya ictimaiyyətinin Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul və təqdir etdiyini diqqətə çatdırıblar. 
 Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Zərdabda növbəti maarifləndirici tədbir keçirilib

    09 Avqust 2017 16:20