Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağcabədidə “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə uğurla icra olunur

Avqustun 8-də Ağcabədi şəhər “Cümə” məscidi dini icması tərəfindən “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində “Azərbaycanda müasir birgəyaşayış prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma üzvləri və dindarlar iştirak ediblər.
Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayev çıxışında ölkəmizdə mövcud olan multikultural və tolerant dəyərlər haqqında danışıb.
Daha sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə “Azərbaycanda müasir birgəyaşayış prinsipləri” mövzusunda məruzə edib. C.Məlikzadə məruzəsində ölkəmizdəki tolerantlıq və multikulturalizm, habelə müxtəlif xalqların və dini icmaların dinc və birgəyaşayış ənənələri barədə məlumat verib.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb və Dövlət Komitəsinin nəşri olan kitablar iştirakçılara paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağcabədidə “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə uğurla icra olunur

    09 Avqust 2017 11:39