Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icması tərəfindən “İslamda  həmrəyliyin və tolerantlığın əhəmiyyəti”  layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin  təşkilatçısı Vasif Əliyev, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Aşağı Qaramanlı kəndi “Abbas”  məscidi dini icmasının sədri Hatəm Fərəcov, icmanın dini ayinlərinin icraçısı Taleh Əliyev və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan  “Abbas” məscidi dini icmasının dini ayinlərinin icraçısı Taleh Əliyev vurğulayıb ki, müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin memarı Ulu Öndər Heydər Əliyev olmuşdur. O, daha sonra əlavə edib ki, Azərbaycan bütün dinlərin və mədəniyyətlərin tarix boyunca birgə yaşadıqları ölkələrdən biridir. Cəmiyyətimizin tolerantlığından zaman-zaman sui-istifadə edən müəyyən qruplar öz siyasi əməllərini həyata keçirmək üçün dini bir pərdə kimi istifadə edib xalqın və dövlətin birlik və bərabərliyinə xələl gətirməyə cəhd ediblər.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov bu tədbirlərin əhəmiyyətini və gənclərimizdə vətənpərvərlik hisslərini gücləndirdiyini diqqətə çatdırıb. O, eyni zamanda Azərbaycanda İslam dini icmalarına olduğu kimi qeyri-İslam dini icmalarına da yüksək dövlət qayğısının olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda bütün dinlər və təriqətlər qanun qarşısında bərabərdir və onlardan birinə digərinə nisbətdə hər hansı bir məhdudiyyət və ya imtiyazlar verilə bilməz. Bu da dövlətimizin multikultural ənənələrə verdiyi önəmdən irəli gəlir.
Sonra Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev cari ildə Cənab Prezident tərəfindən elan edilmiş ”İslam Həmrəyliyi İli” və bu il çərçivəsində keçirilmiş maarifləndirici tədbirlərin əhəmiyyətindən söhbət açıb.
QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev müqəddəs Qurani-Kərim ayələrindən  sitat gətirərək İslamın tolerantlığa və həmrəyliyə olan münasibətindən danışıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dini maarifləndirmə tədbirləri davam etdirilir

    08 Avqust 2017 17:30