Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Cəlilabadda “İslamda multikultural dəyərlər və sülh çağırışları” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub

Avqustun 8-də Cəlilabad rayonu Zərbiəlli kənd “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi radikalizmə qarşı mübarizədə vasitə kimi” layihəsi çərçivəsində “İslamda multikultural dəyərlər və sülh çağırışları”mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşı Tural Şahmarov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rafail Bəşirov, bələdiyyə sədri Məhəmməd Bəşirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov qeyd edib ki, İslam dünyasında, o cümlədən Azərbaycanda hər zaman multikultural, tolerant və islami dəyərlərə önəm verilib. Dövlət başçısı tərəfindən ötən ilin “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi cənab Prezidentin tolerantlıq və İslam ənənələrinə verdiyi dəyərdən irəli gəlir. O bildirib ki, Ulu Öndər Heydər Əliyev də Azərbaycana rəhbərlik etdiyi dövrdə islami dəyərlərə həmişə hörmətlə yanaşmış, ölkəmizi beynəlxalq arenada çoxmillətli və çoxkonfessiyalı diyar kimi tanıtmışdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında bildirib ki, Azərbaycan tarix boyu multikultural və tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib.
Kənd ziyalı və ağsaqqallarından Cəmil Ağayev, Gülağa Mirzəyev, Teymur Abbasov və başqaları çıxışlarında əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Sonda iştirakçılara DQİDK-nın nəşri olan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Cəlilabadda “İslamda multikultural dəyərlər və sülh çağırışları” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub

    08 Avqust 2017 16:32