Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

 Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, dini icmanın sədri Rəşid Məmmədov, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov dini maarifləndirmə sahəsində görülən tədbirlərin və bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
 DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev radikalizm, onu yaradan səbəblər, mübarizə metodları, cəmiyyətin radikalizm təhlükəsindən qorunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında məlumat verib.
İsmayıllı RİH başçısı Aparatının nümayəndəsi Murad Məhərrəmov “İslam Həmrəyliyi İli” çərçivəsində rayonda keçirilmiş tədbirlər, dövlət – din münasibətləri, eləcə də dövlətin dinə qayğısından söz açıb.
 Daha sonra Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov “Dini Etiqad Azadlığı Haqqında” qanunla bağlı  məlumat verərək radikalizmlə mübarizədə qanunvericilikdə nəzərdə tutulmuş müddəalar barədə danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    08 Avqust 2017 16:18