Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağdaşda maarifləndirici tədbir təşkil olunub

Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon Qəribli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qəribli kənd məscidi dini icmasının sədri Daşqın Məmmədov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Daşqın Məmmədov bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, daha sonra ölkəmizin multikultural, tolerant, eyni zamanda, həmrəylik dəyərləri baxımından dünyaya nümunə olmasının qürurverici olduğunu qeyd edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov tolerantlıq, multikulturalizm və İslam həmrəyliyinin Azərbaycan modelinin hazırda dünyanın aparıcı dövlətlərinin universitetlərində tədris olunmasından bəhs edib, xalqımızın tarixən malik olduğu dəyərlərinin hər birimiz tərəfindən yüksək səviyyədə təbliğinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağdaşda maarifləndirici tədbir təşkil olunub

    08 Avqust 2017 15:31