Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ümidin səsi, yaxud Bakıdan çağırışın Tehrandakı əks-sədası

2009-cu ildə “Amerikada İslam” proqramı çərçivəsində dörd nəfərlik qrupla bu ölkədə bir aylıq səfərdə idik. Bizi Detroyt şəhərindəki müsəlman icmalarından birinə apardılar. İcmanın rəhbərləri ilə görüşdük, onlara ölkəmiz, xüsusilə Azərbaycanda İslamın tarixi və bugünkü vəziyyəti barədə məlumat verdik.
Təbii ki, Azərbaycandakı müsəlmanların hansı məzhəblərdən olmasından, onların bir-birinə münasibətindən də danışdıq. Amma ölkəmizdə şiə-sünni münasibətlərindən danışanda hiss etdim ki, dediklərim bunlara inandırıcı gəlmədi. Bizdən sünni, yoxsa şiə olduğumuzu soruşdular, hər üç səfər yoldaşım məzhəbini dedi. Onların arasında həm sünni, həm də şiə var idi. Nə qədər israr etsələr də, mən hansı məzhəbdən olduğumu söyləmədim. Hətta məscidə getdikdə gəlib baxdılar ki, hansı məzhəbə görə namaz qılıram.
Həmin vaxta qədər fikirləşirdim ki, Amerika müsəlmanları daha tolerant və müasirdirlər. Ancaq yanıldığımı anladım. Başa düşdüm ki, İslamı parçalayan məzhəbçilik Amerikaya qədər gedib çıxıb. Düzü, o vaxtdan müsəlmanların vəhdət və birliyinə ümidim bir az da azaldı.
Məzhəbçilik mənəvi faciədir. Azərbaycan İslam dünyasında bu faciənin yaşanmadığı nadir ölkədir. Bəlkə də, bu bizim ən qiymətli sərvətimizdir. Bu, elə bir mənəvi potensialdır ki, xalqımızın və cəmiyyətimizin bütövlüyünü qoruyur, onun qarantı kimi çıxış edir. Məncə, Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi ilə Azərbaycanın bu mənəvi potensialından müsəlman aləminin birliyi naminə istifadə olunması imkanı yaranıb. Hətta, bu, tarixi şansdır.
Şübhəsiz, İslam dünyasında həmrəyliyin yaranması asan məsələ deyildir. Çünki yüzilliklər boyu davam edən mənəvi parçalanmanı siyasi maraqların toqquşduğu indiki dövrdə vəhdətə çevirmək çətin görünür. Ancaq vəziyyət nə qədər ağır olur-olsun, imkanımız və şansımız hələ də qalır. İmkan varsa, deməli, ümid də var. Əslində, Azərbaycan Prezidentinin İslam həmrəyliyi naminə çağırışları müsəlmanların birliyinə olan ümidin səsidir. Bu ümidin, bəlkə də, min yaşı var, əsrlər, insanlar dəyişib, çox şey məhv olub, amma o, ölməyib, milyonların ürəyində yaşayıb.
Səsin əks-sədası mütləq olur. Ümidin səsinin əks-sədası isə bizdən, daha doğrusu, Azərbaycan Prezidentinin həmrəylik çağırışlarını müsəlman dünyasına necə və hansı səviyyədə çatdırmağımızdan asılıdır. Məncə, “İslam həmrəyliyi Azərbaycan-İran dostluğu timsalında” adlı avqustun 6-da Tehranda keçirilmiş konfransa məhz bu nəzər nöqtəsindən yanaşmaq lazımdır. Çünki Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İranın Məzhəblərin Yaxınlaşdırması Beynəlxalq Assosiasiyasının, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatının birgə təşkil etdiyi konfransın əsas məqsədi Azərbaycan Prezidentinin İslam həmrəyliyi ilə bağlı çağırışlarını İran cəmiyyətinə və rəhbərliyinə çatdırmaq, eləcə də buna dəstək qazanmaq idi.
İslam dünyasında həmrəyliyə nail olmaq baxımından İran vacib, hətta bu məsələdə açar ölkələrdən biri, bəlkə də, birincisidir. İslama münasibəti, müsəlman aləmində nüfuzu, mədəni və tarixi potensialı bunu deməyə əsas verir. Bu mənada Prezident İlham Əliyevin tapşırığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində ilk konfransın məhz Tehranda təşkil edilməsi təsadüfi sayıla bilməz. Bu, müdrik qərar olmaqla yanaşı, ilk konfrans olduğu üçün, həm də məsuliyyətli idi. Konfransın İranın iki nüfuzlu qurumu – Məzhəblərin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birgə təşkil edilməsi, tədbirə Azərbaycandan və İrandan yüksək səviyyəli qonaqların qatılması, məncə, bu məsuliyyətli işin öhdəsindən necə gəlindiyinin göstəricisidir. Həmçinin, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İran parlamentinin sədri Əli Laricanidən tutmuş Xarici işlər naziri Məhəmməd Cavad Zərifə qədər yüksək görəvli şəxslərlə görüşməsi də bunu təsdiqləyir.
Uğur əməyin nəticəsidir. Əslində, konfransın nəticələri, daha doğrusu, Azərbaycan Prezidentinin həmrəylik çağırışlarının Tehrandakı əks-sədası – İranın nüfuzlu dövlət və din xadimlərinin bu çağırışı dəstəkləməsi - ümidimizin səsini bir az da ucaltdı. İlin sonunadək eyni mahiyyətli konfransın Türkiyə, Səudiyyə Ərəbistanı, Mərakeş, Özbəkistan və Rusiyada da keçirilməsi nəzərdə tutulur. Məncə, Tehrandakı uğur həm də bu qərarın və planın nə qədər doğru olduğuna sübutdur. Azərbaycan Prezidentinin həmrəylik çağırışının həmin ölkələrdə də eyni əks-səda doğuracağı artıq şübhəsizdir. Çünki Tehran konfransı bir sınaq idi və uğurla başa çatdı.
Din xadimlərinin məsuliyyəti böyükdür. İslam həmrəyliyinin reallaşması daha çox müsəlman ölkələrinin siyasi rəhbərlərindən asılıdır. Amma din xadimləri, xüsusilə müsəlman ölkələrinin dini liderləri bu məsələdə heç də siyasətçilərdən az məsuliyyət daşımırlar. Təəssüf ki, İslam dünyasındakı bəzi nüfuzlu din xadimləri, hətta dini lider səviyyəsində olan şəxslər bir çox hallarda öz fəaliyyətləri ilə müsəlmanların birliyindən çox, parçalanmasına rəvac verirlər. İndiki mərhələdə nüfuzlu müsəlman din xadimlərinin həmrəylik çağırışları və bu istiqamətdə fəaliyyətləri önəmli və zəruridir.
Azərbaycan bu baxımdan da örnək olmağı bacarır. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin ilk gündən Azərbaycan Prezidentinin həmrəylik çağırışlarının İslam dünyasında yayılması istiqamətində bütün mümkün imkanlardan, o cümlədən şəxsi nüfuzundan istifadə etməsi həqiqətdir. Tehran konfransı isə bu həqiqətin təsdiqidir.
İslam həmrəyliyi ilə bağlı xarici ölkələrdəki tədbirlərə həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə real imkan və şans kimi yanaşmaq lazımdır. Bu mənada həmin konfranslar təkcə ümidin deyil, həm də Azərbaycanın səsidir. Səsimizin əks-sədası nə qədər güclüdürsə, biz o qədər güclüyük, deməkdir. Əlbəttə, səsimiz ucadan gəlməlidir. Çünki biz buna qadir və layiqik!
 
Gündüz İsmayılov,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ümidin səsi, yaxud Bakıdan çağırışın Tehrandakı əks-sədası

    08 Avqust 2017 18:00