Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan ilə İranın həmrəyliyi digər dövlətlər üçün nümunədir

Bu gün İslam aləminin həmrəyliyə böyük ehtiyacı var və bu həmrəyliyə nail olmaq üçün Azərbaycan Prezidenti düşünülmüş addım ataraq 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan ilə İranın həmrəyliyi digər dövlətlər üçün nümunədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosasiyasının baş katibi Ayətullah Möhsün Əraki deyib.
M.Əraki bildirib ki, İslam dünyasının həmrəyliyi terrorçuluq və dini radikalizmin qarşısını ala bilər. Dünyada baş verən siyasi proseslərə nəzər salsaq görərik ki, müsəlman xalqları dini və milli zəmində baş verən münaqişələrdən əziyyət çəkirlər. Terrorçuluğu dəstəkləyənlərin qarşısını həmrəyliklə almaq mümkündür.
M.Əraki qeyd edib ki, “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda Tehranda keçirilən konfrans böyük əhəmiyyətə malikdir. Konfransın mahiyyəti İslam dünyasını həmrəyliyə dəvət etməkdən ibarətdir. İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı onu deməyə əsas verir ki, hər iki dövlət bu həmrəyliyə artıq nail olublar. İran və Azərbaycan Prezidentlərinin siyasi iradəsi sayəsində dövlətlərlə yanaşı xalqlar arasında da yaxın əlaqələr qurulub ki bu da iki ölkənin həmrəyliyini təcəssüm etdirir. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan ilə İranın həmrəyliyi digər dövlətlər üçün nümunədir

    07 Avqust 2017 09:56