Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiya

İnsanları bir araya gətirən mənəvi dəyərlər sırasında dini inanclar yüz illərdir ki, öz müstəsna statusunu qoruyur və əhəmiyyətini getdikcə artırırsa, deməli, bu amilin birləşdirici və tərbiyəvi gücündən düzgün faydalanmaq və müasir dünyamızdakı bir çox problemlərin həllinə nail olmaq mümkündür. Dinin cəmiyyət həyatındakı rolunun inkarı isə, əksinə əlavə problemlərə yol aça bilər.
Müasir dünyanın əsas münaqişələrinin Şərqlə Qərb, xristianlıqla islam arasında yaşandığı, iki mədəniyyətin üz-üzə gəlməsindən təzahür etdiyi kimsəyə sirr deyil. Bu, o qədər əhatəli və güclü bir prosesdir ki, yer üzündəki hər hansı toplumun onun təsirlərindən kənarda qala bilməsini iddia etmək çox çətindir. Çünki Şərq və Qərb mədəniyyətləri deyərkən, bura onların hər birinə aid ibtidai insanların sivilizasiyaya doğru ilk addımlarından tutmuş, yeni minilliyimizdəki ən böyük elmi-texnoloji nailiyyətlərə, ən möhtəşəm yaradıcılıq əsərlərinə qədər bütün maddi və mənəvi nailiyyətlər aid edilir. 
İslam dini təlqin etdiyi dəyərlər, həyata baxışları, bu baxışlar üzərində formalaşan zəngin hikmət xəzinəsi ilə böyük bir dünya deməkdir. Bütün bunlar Şərq mədəniyyətinin əsasını təşkil edir. Tarixin bütün dövrlərində dünyanı inkişafa aparan əsas amillər təxminən belə sıralanıb: “azadlıq, ədalət, bərabərlik və həmrəylik”. İslamın təlqin etdiyi düşüncələrə, bu dinin müqəddəs kitabında yazılanlara diqqət yetirsək, həmin dəyərlərin hər birinin dinimizdə öz əksini tapdığını görərik. Onların hər biri ilə bağlı aydın yanaşma sistemləri, cəmiyyətdə birgəyaşayışın təmin olunmasından ötrü dəqiq və əsaslandırılmış həllər irəli sürən belə zəngin fikir xəzinəsinə qarşı aparılan kampaniyalar, təbii ki, xoş məramdan, dünyanın gələcəyinə xeyirxah münasibətdən irəli gəlmir. Ona görə də bu gün İslama edilən hücumları dayandırmaq dini, milli, siyasi mənsubiyyətindən asılı olmayaraq bəşəriyyətin bütün tərəqqipərvər ziyalılarının birgə missiyasıdır. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə də aparıcı xətt kimi nəzərə çarpır. Azərbaycan islami dəyərlərə sahib çıxır, müasir dövrümüzün müxtəlif təbliğat vasitələri ilə İslamın terror, zorakılıq, cəhalət dini deyil, əksinə, sülh və qardaşlıq, xeyir və mərhəmət, elm və bilik dini olduğunu bütün dünyaya göstərməyə çalışır. 
Azərbaycan bunları təkcə ona görə etmir ki, özü dünyəvi müsəlman ölkəsidir, İslam dini bizim milli-mənəvi dəyərlərimizdən biridir, bu din tariximizdə, insanlarımızın mənəvi dünyasında mühüm yer tutur. Dövlətimizin islami dəyərlərin müdafiəsi ilə bağlı mövqeyində bu amillərin müəyyən rolu olsa da, ümumən aparılan siyasətin mahiyyəti bu amillər çərçivəsindən kənara çıxır. Yəni, bu gün belə bir istiqamətdə reallaşdırılan siyasət islami dəyərlərin kor-koranə müdafiəsi deyil. Bu dəyərlərə qarşı qaralama kampaniyalarının haqsızlığını nümayiş etdirmək, İslamın tünd rənglərinə deyil, saysız-hesabsız işıqlı və əlvan cəhətlərinə diqqəti yönəltmək, bəşəriyyəti irəli aparacaq yeni, ziyalı simalı insanların tərbiyəsi üçün onun mənəvi-əxlaqi gücünün faydalılığını göstərmək məqsədilə həyata keçirilən siyasətdir. 
Digər tərəfdən, Azərbaycan islami dəyərlərə sahib çıxmaqla, mədəniyyətlər arasında dialoqun alınmasına təşəbbüs göstərməklə öz tarixi missiyasını yerinə yetirir. Düşünürük ki, müasir dünyamızda bu missiyanı Azərbaycan qədər uğurla yerinə yetirə biləcək çox az ölkə var. İslam Azərbaycanda təkcə dini inanc deyil, böyük bir mədəniyyətdir, bu mədəniyyət üzərində bərqərar olmuş zəngin mənəvi irsdir. Azərbaycan əsrlər boyu islam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi tanınıb. İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir. 
Hazırda ölkəmizdə din-dövlət-cəmiyyət münasibətlərinin parlaq nümunəsi yaranıb. Azərbaycan dini dövlət siyasətindən kənarda tutmaqla yanaşı ölkəmizdəki bütün dini icmaların fəaliyyətinə dəstək verir. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin islam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib. Dövlətimizin diqqət və qayğısı nəticəsində ölkə ərazisindəki kilsələr, sinaqoqlar da təmir edilərək yenilənib, insanların öz vicdan azadlıqlarını ifadə etmələrindən ötrü hər cür şərait yaradılıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədyönlülüyü, xoş məramı, cəmiyyətdə və ümumən dünyada nəcib amallar ətrafında vəhdətin əldə olunması istəyidir. 
Bu gün Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirməkdədir. Ölkəmiz bu sahədə qlobal əhəmiyyətli bir sıra mühüm mədəni tədbirlərin təşkilatçısı kimi çıxış etməyə başlayıb. Son onilliklər Azərbaycanın bütün dünyada tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə verdiyi ardıcıl töhfələrlə zəngindir.
Ölkədə dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında xalqımızın və İslam dininin misilsiz rol oynadığını vurğulayan Prezident İlham Əliyev həmin fikri belə şərh etmişdir: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır”.
Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olundu və belə bir ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi. Bu möhtəşəm mədəniyyət tədbirinin Bakıda keçirilməsi islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımların atılmasına, mədəniyyətlərin dialoq, tolerantlıq, multikulturalizm ideyalarının aktuallaşdırılmasına əlverişli zəmin yaratdı. 
Azərbaycan islam dünyasına aid ölkə və təşkilatlar qədər, daha çox Qərb sivilizasiyasının aparıcı subyektləri kimi çıxış edən dövlətlər və institutlarla da sıx əlaqələrə malikdir. Respublikamız bu ölkələrlə ikitərəfli əlaqələrini inkişaf etdirir, Qərb institutlarında fəal şəkildə təmsil olunur və bütün imkanlardan istifadə edərək bu iki qütbün maraqlarını bir araya gətirməyə çalışır. 
Ümumiyyətlə, diqqət etsək, Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq mədəniyyət tədbirlərinin, reallaşdırılan layihələrin birtərəfli səciyyə daşımadığını, bütün mədəniyyətlərə, maraqlı tərəflərə xitab etdiyini, onların hər birinin mövqelərinin nəzərə alındığını və bu mövqelər arasında ortaq məxrəclərin tapıldığını görərik. Belə bir siyasət Azərbaycanın tarixən malik olduğu tolerantlıq ənənələrindən, başqa mədəniyyətlərə, baxışlara hörmətli münasibət tərzindən irəli gələn bir üstünlükdür. Bu mənada, ölkəmizin təşəbbüsü ilə təşkil olunan beynəlxalq tədbirlərin məram və nəticələri təkcə konkret bir topluma yox, milliyyətindən, yaşadığı ölkədən, dinindən, dilindən asılı olmayaraq ümumən bəşəriyyətin xoşbəxt gələcəyini arzulayan, belə bir gələcəkdən ötrü nəsə etmək istəyən hər kəsə aiddir. 
Mahiyyət etibarilə Qərb və islam mədəniyyətlərinin dəstəklənməsi, inkişafı məqsədilə indi dünyada iki nüfuzlu təşkilat fəaliyyət göstərir. Bunlardan biri BMT-nin UNESCO, digəri isə İslam Əməkdaşlıq Təşkilatının ISESCO qurumudur. Hər iki təsisatın fəaliyyət istiqaməti elm, təhsil və mədəniyyət məsələləridir. Bu qurumlarda ayrı-ayrılıqda Qərbin və Şərqin ən görkəmli şəxsiyyətləri, ictimai xadimləri təmsil olunur. Bir şəxsiyyətin həm UNESCO-nun, həm də ISESCO-nun xoşməramlı səfiri statusunu daşıması isə bu təşkilatların tarixində nadir nümunədir. Bu nümunəni yaradan Azərbaycandır. Bütün dünyada sülhün, sabitliyin bərqərar olması, insanlar arasında qarşılıqlı hörmətin, sevgi, mərhəmət və xeyirxahlıq duyğularının hakimliyi, dünyada ümumbəşəri dəyərlərin qalibiyyəti üçün fədakar fəaliyyətinə görə bu statuslara layiq görülmüş şəxsiyyət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Elə bu faktın özü Qərb və Şərq mədəniyyətlərinin bir şəxsiyyətin həyat və fəaliyyətində bir araya gəlməsi deməkdir. Bu həqiqət müasir dünyamızda sivilizasiyalararası dialoq, tolerantlıq, multikulturalizm ünvanı kimi tanınan Azərbaycanın çağdaş tarixdəki yerinə və roluna çox uyğun gəlir.
2011-ci ildən bəri hər il ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. Bu forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformaya çevrilib. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir, ölkəmizin bu istiqamətdə gördüyü işlər isə yüksək səviyyədə yerinə yetirilən tarixi bir missiyadır. Dünyadakı bütün dinlərə, ideyalara bu missiyanın işığından baxdıqda, onlar təkcə din, yaxud hər hansı ideya çevrəsindən kənara çıxaraq, insana, onun azad, xoşbəxt, sağlıq, sevgi və rifah içində yaşamaq haqqına çevrilir. Görkəmli Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Füzuli və başqaları da daxil olmaqla qədim dünya filosoflarından üzü bəri həm Şərq, həm də Qərb müdriklərinin öz əsərləri ilə təlqin etdikləri ən böyük həqiqət də elə bu deyilmi?! 
İndiyədək Azərbaycanda islam həmrəyliyi ilə bağlı irəli sürülən təşəbbüslərin, bu istiqamətdə həyata keçirilən tədbirlərin son hədəfi yalnız birliyə nail olmaq deyil, dünyaya sevgi, bərabərlik, humanizm saçan islam dəyərlərinin işığında ümumən fərdlərin, insan qrupları və ya ölkələr arasında yaranan həmrəyliyə, rəğbətə, mənəvi dəstəyə, maddi yardıma və əməkdaşlığa çalışmaqdır. Bir həqiqət də var: dünyanın bir qütbündəki problemləri, insanların üzləşdiyi saysız-hesabsız məhrumiyyətləri, sıxıntıları aradan qaldırmadan başqa qütbdəki insan xoşbəxtliyinə nail olmaq qeyri-mümkündür. Hətta həmin xoşbəxtliyin görüntüsünü yaratsan belə, bu, yenə də ötəri xarakter daşıyacaq və çətinliklərlə dolu ictimai sferadakı insanların acıları istər-istəməz həmin o xoşbəxt kəsimin də həyatına sirayət edəcək. Azərbaycan dövlətinin apardığı siyasətlə, təşkil etdiyi beynəlxalq humanitar forumlarla, mədəniyyətlər arasında dialoq məqsədi daşıyan tədbirlərlə çağdaş dünyaya anlatmaq istədiyi budur. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslərin, bütün dünyada ali duyğuların bərqərar olması naminə göstərdiyi fədakar fəaliyyətin mahiyyətində də bir məram durur: insana dəyər ver ki, ümumən cəmiyyətdə dəyərlər hakim olsun, xeyirxahlıq göstər ki, dünyada xeyir qalib gəlsin, hər zaman başqalarına həyan ol ki, ucsuz-bucaqsız dünyada heç kim özünü tənha hiss etməsin!

İradə ƏLİYEVA,
“Azərbaycan”

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiya

    31 İyul 2017 16:54