Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslamda birlik və bərabərlik çağırışları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının sədri Akif Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov, icma sədri Ramil İsrayılov, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı İslamın sülh, əmin-amanlıq, birlik və bərabərlik dini olması, müqəddəs dinimizin qayəsinin və mahiyyətinin də məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd olunub ki,  xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən olan bərabərlik prinsipləri bu gün Azərbaycanı dünyada nümunəvi ölkələrdən birinə çevirib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    15 İyul 2017 14:09