Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 17-də İmişli rayonu Şahverdili kənd “Əhli-beyt” məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunmasında  milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, İmişli  rayon Şahverdili kənd  "Əhli-beyt"  məscidi  dini icmasının sədri Elnur Abbasov,  İmişli RİH başçısının Şahverdili və Göbəktala kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ələddin Abbasov, ziyalılar, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Elnur Abbasov gənc nəslə multikultural və tolerantlıq dəyərlərinin aşılanması, onların radikal təsirlərdən qorunması, gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, hər bir gəncin  Vətənə və dövlətə sədaqətlə xidmət etməli olduğunu, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olduğunu  qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Dəmirov gənclərin erkən nikah, dini radikalizm və bu kimi digər zərərli meyillərdən uzaqlaşdırılması  və  bu sahədə qarşıda duran vəzifələrdən  danışıb. Natiq  çıxışında dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini vurğulayıb. Zərərli vərdişlərə  qarşı mübarizədə, cəmiyyətə əxlaqi dəyərlərin düzgün şəkildə çatdırılmasında dini savadlanmanın rolunun böyük olduğunu  diqqətə çatdırıb.
Daha sonra çıxış edən RİH başçısının Şahverdili və Göbəktala kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ələddin Abbasov  gəncləri  düzgün istiqamətləndirmək, vətənpərvərlik və  milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmənin  hamımızın borcu olduğunu  vurğulayıb. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən çap olunmuş ədəbiyyatlar paylanılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

    17 İyul 2017 15:35