Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Zaqatalada "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

İyulun 14-də Zaqatala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları, Zaqatala rayonunun yerli strukturlarının rəhbərləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayondakı mövcud dini durum barədə məlumat verib.  O bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Mübariz Əhmədzadə qeyd edib ki, bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək. RİH başçısı, eyni  zamanda qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata maarifləndirmə tədbirlərinin əhəmiyyətinə  toxunub.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, Azərbaycan xalqı öz milli-mənəvi, dini dəyərlərini əsrlər boyu qoruyub saxlayıb. Xüsusilə dövlət müstəqilliyimizi bərpa etdsikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən milli-mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə qayıdış baş verib: "Bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır. Dinlararası münasibətlərin tənzimlənməsi, eyni zamanda dini dözümlülüyün yüksək səviyyədə mövcudluğu dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün biz iftixar hisssi ilə deyə bilərik ki, Azərbaycan dünyada tolerantlıq modelidir. İstər məzhəblərarası, istər dinlərarası məsələlərdə dini dözümlülük nümunəsdir. Dünyanın heç bir yerində Azərbaycan qədər dini dözümlülük yoxdur". DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışı edərək bildirib ki, Azərbaycan hüquqi dövlətdir və İslam dini bizim milli ideologiyamızın tərkib hissələrindən biridir: Azərbaycan dövlətinin dinə qayğısı hər kəsə məlumdur. Azərbaycanda İslam dəyərlərinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər zamanında ölkəmizdə 17 məscid vardı. Bu gün artıq respublikamızda iki mindən çox məscid var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu mükəmməl siyasi xətt cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir".
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov dini radikalizmin dini əsas mahiyyətindən uzaqlaşdıraraq siyasətə alət etdiyini vurğulayıb. O qeyd edib ki, dini radikalizmi cəmiyyətdə yayanlar əsasən insanların dini savadsızlığından və dünyagörüşlərinin zəif olmasından istifadə edirlər. Bu sahədə mübarizə üçün dini maarifləndirmənin və insanlarda sağlam dini təsəvvürlərin formalaşdırılmasının radikalizmlə mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Seminar-müşavirə müzakirələrlə davam etdirilib. Vurğulanıb ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də ziyalılar və din xadimləri fəallıq göstərməlidirlər. Gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq hamımızın vətəndaşlıq borcudur.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Zaqatalada "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

    15 İyul 2017 12:48