Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

İyulun 14-də Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən Ağdam rayonu Zəngişalı kənd məscidində “Heydər Əliyev irsi və İslam həmrəyliyi”  adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçi vəzifəsini icra edən Pərviz Eyvazov, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov, icma üzvləri, müəllimlər və kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov açaraq bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh dini olduğunu bütün dünyaya göstərməkdir. Sonra  şıxış edən Ağdam rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev “İslam həmrəyliyi ili” ilə əlaqədar rayonda görülmüş işlər barədə məlumat verib. DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçi vəzifəsini icra edən Eyvazov Pərviz “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məruzə edib. Məruzədə Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu, İslam dininə göstərdiyi diqqət və qayğı  tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Məruzə ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

    15 İyul 2017 11:57