Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İmişlidə “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizdə rolu” mövzusunda tədbir keçirilib

İyunun 14-də İmişli rayonu Xoşçobanlı kənd məscidi dini icmasında “İslam həmrəylik, bərabərlik dinidir” layihəsi çərçivəsində “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizdə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov, dini icmanın üzvləri,  kənd ziyalıları və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov bu gün cəmiyyətdə  dini radikalizm və digər zərərli vərdişlərin qarşısının alınması üçün maarifləndirmə işinin aparılmasına böyük ehtiyac olduğunu vurğulayıb. Natiq qeyd dib ki, maarifləndirmə işi düzgün qurulduqda,  bütün zərərli vərdişlərə, o cümlədən dini radikalizmə qarşı ciddi nəticələrə nail olunması mümkündür.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov dini radikalizm və qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verib. O, radikallığın və zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq, radikal meyillərin mənfi təsirindən qorunma üsullarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.    
Daha sonra çıxış edənlər qeyd ediblər ki,  dini radikalizm və  digər zərərli vərdişlərə qarşı mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Gəncləri bu bəlalardan  qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Çıxışlar zamanı gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan zərərli vərdişlərlə mübarizə işlərinin mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırııb və onlara Komitə tərfindən çap olunmuş ədəbiyyatlar paylanıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İmişlidə “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizdə rolu” mövzusunda tədbir keçirilib

    14 İyul 2017 18:06