Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qubada “Ənənəvi İslam və həmrəylik” layihəsi uğurla davam etdirilir

İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Quba şəhəri “Ərdəbil” məscidi dini icması tərəfindən “Ənənəvi İslam və həmrəylik” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, icma sədri Naib Səttarov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Naib Səttarov İslam həmrəyliyinin əhəmiyyətindən danışaraq qeyd edib ki, son illərdə  Azərbaycan müsəlman ölkələri arasında həmrəylik yaradılmasında fəal iştirakçılardan biridir. İslam dünyasının ümumi maraqlarına xidmət edən müxtəlif beynəlxalq tədbirlər Azərbaycanda uğurla həyata keçirilib.
Azərbaycanda mövcud olan tolerant şəraitdən danışan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan dövləti dövlət – din münasibətlərini ən yüksək səviyyədə qoruyaraq ənənəvi İslam dininə hörmət və xüsusi qayğı ilə yanaşır. Tikilən və yenidən bərpa olunan ibadət ocaqlarımız buna əyani nümunədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qubada “Ənənəvi İslam və həmrəylik” layihəsi uğurla davam etdirilir

    14 İyul 2017 17:24