Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

İyulun 14-də Sumqayıt “Cümə” məscidi dini icmasının “İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü”  adlı layihəsinin icrasına  başlanılıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, Sumqayıt  şəhər “Cümə” məscidini dini icmasının sədri Rauf Sərdarov, ilahiyyatçı Əli Şərbətov, din xadimləri və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Rauf Sərdarov mövzunun əhəmiyyətindən danışıb. Natiq dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin müdiri  Şirin Cəfərov “Dini və milli kimliyimizin vəhdəti” mövzusunda məruzə ilə çıxış edib.O, Azərbaycan xalqının dini və milli kimlik düşüncəsinin əsasında həmişə  vəhdət  və  birlik anlayışının dayandığını qeyd  edib.
Şöbə müdiri milli-dini dəyərlərimizin daha dərindən öyrənilməsi və doğru təbliğ  olunmasının vacibliyini də bildirib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    14 İyul 2017 17:17