Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Güzdəkdə “İslamda birgəyaşayış ənənəsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub

İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbə “Rəsulullah” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - dini radikalizmdən xilas yolu” layihəsi çərçivəsində “İslamda birgəyaşayış ənənəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, Güzdək qəsəbə “Rəsulullah” məscidi dini icmasının sədri Əfrasiyab Əliyev, icma sədrinin müavini, məscidin din xadimi Mirkazım Kazımlı, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Güzdək qəsəbə “Rəsulullah” məscidi dini icmasının sədr müavini, məscidin din xadimi Mirkazım Kazımlı layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamı dövlətin dinə  olan qayğısından irəli  gəlir.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov tarixən xalqımıza  xas olan tolerantlıq, ayrı-ayrı  milli və dini  konfessiyaların dözümlülük şəraitində  birgəyaşayış ənənələrindən bəhs edib. Bildirib ki, bu ənənələrin qorunması və  gələcək nəsillərə  ötürülməsi vacib vəzifələrimizdən biri olmalıdır.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fəxrəddin Orucov və başqaları çıxışlarında mövzunun əhəmiyyətinə toxunublar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Güzdəkdə “İslamda birgəyaşayış ənənəsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub

    14 İyul 2017 16:59