Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ucarda maarifləndirici tədbir keçirilib

İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində “İslam təfriqə və xurafata yox deyir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, dini icmanın sədri Ceyhun Əliyev və rayonun səhiyyə işçiləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, həm də dünyəvi dəyərlərə tapınan müsəlman ölkəsinin beynəlxalq siyasətdə tanınan liderlərdən biri olan Azərbaycan Prezidentinin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüsüdür.
“İslam təfriqə və xurafata yox deyir” mövzusundakı çıxışlarda isə maarifçiliyin mövhumat və cəhalət dərdinin ən böyük dərmanı olduğu vurğulanıb. Məhz dərin elmi dərketmə və əsl maarifçilik sayəsində gerçək islam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya qoyulması ilə dini baxışlar haqqında obyektiv qənaətlərin cəmiyyətə çatdırılamasının mümkünlüyü qeyd olunub.
Çıxış edən natiqlər təfriqə və xürafatın aradan qaldırılması istiqamətində də İslam həmrəyliyi təşəbbüsünün önəmli rol oynayacağına əminliklərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ucarda maarifləndirici tədbir keçirilib

    14 İyul 2017 15:51