Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Siyəzən rayonunda radikalizmlə mübarizəyə həsr olunmuş seminar-treninq keçirilib

İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən rayonu Sədan kəndində  “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” adlı seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Balabəy Balabəyov bildirib ki, rayon icra hakimiyyəti İş Planına müvafiq olaraq, ayrı-ayrı yaşayış məntəqələrində dini maarifləndirmə sahəsində DQİDK ilə birgə müxtəlif tədbirlər, konfrans və seminar-treninqlər həyata keçirir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında dini radikalizmin yayılmasının əsas səbəblərindən biri kimi dini biliyinin aşağı səviyyədə olmasını göstərib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında radikalizmin yaranma səbəblərini göstərərək qeyd edib ki, dində radikallıq müxtəlif formalarda təzahür etməklə dinin əsl mahiyyətini kölgədə qoyur. Dini radikalların dini biliklərinin olmaması kənardan deyilən hər bir fikrə inanmaları və təsir altına düşmələri ilə nəticələnir və bununla da iman gətirdikləri dinin kitablarını da təhrif etmiş olurlar. Natiq Azərbaycan reallığında dini radikalizmi yaymaq istəyənlərin sərf etdikləri əməyin nəticəsiz qaldığını qeyd edib.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Siyəzən rayonunda radikalizmlə mübarizəyə həsr olunmuş seminar-treninq keçirilib

    14 İyul 2017 10:06