Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Balakəndə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Bu gün ölkəmizdə mövcud olan tolerantlıq, müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması dünyaya nümunədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin başlıca məqsədi Azərbaycanda dinlərarasında mövcud olan tolerantlıq mühitini qoruyub saxlamaqdır. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, həmçinin ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə öz müsbət təsirini göstərəcək.
Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 13-də Balakəndə keçirilən “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, rayondakı mövcud dini durum barədə məlumat verib. Bildirilib ki, Balakən rayonu Azərbaycanda müxtəlif xalqların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biridir. Rayonda 20-dən çox millətin nümayəndəsi yaşayır. Dini durumu daim diqqət mərkəzində saxlamaq, dini icmalarla aparılan işi səmərəli təşkil etmək məqsədi ilə mütəmadi olaraq yerlərdə dini icma nümayəndələri və kənd imamları ilə görüşlər keçirilir, icma üzvlərinin qaldırdıqları məsələlərə həssaslıqla yanaşılır.
Diqqətə çatdırılıb ki, hazırda rayonda 28 məscid və 40 hücrə fəaliyyət göstərir. 12 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Natiq ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunaraq, din xadimlərinin üzərinə düşən işləri xüsusi vurğulayıb. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin önəminə toxunan Səyyad Salahlı bildirib ki, İslam dininin sağlam təməlləri əsas götürülərsə, bir çox problemli məsələlər asanlıqla öz həllini tapa bilər. Qeyd olunub ki, cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir. Eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələrinə qarşı yüksək hörmət göstərildiyi və dövlət tərəfindən müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarına da dini ibadətgahların tikildiyi diqqətə çatdırılıb.
Tədbirdə dini sabitliyin əhəmiyyəti haqqında məlumat verən Balakən Rayon məhkəməsinin sədri Hümbət Səlimov bildirib ki, dövlətimiz möhkəm qanunvericilik bazasına malikdir. Azərbaycanda sabitliyin qorunması ölkəmizin qanunvericiliyinə və beynəlxalq hüquqi aktlara uyğun həyata keçirilməkdədir. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayon qazısı İbrahim İbrahimov deyib ki, milli-mənəvi dəyərlərimiz bizi bir xalq kimi formalaşdıran və digər dünya xalqlarından fərqləndirən əsas cəhətdir: “Azərbaycanda dini etiqad sahibinin ibadətini yerinə yetirməsi üçün əlverişli şərait var. Hər bir ölkə vətəndaşı dini və milli dəyərlərimizi qorumalı və bizim birgə yaşamağımıza, həmrəyliyimizə mane olan, bizi bir-birimizdən uzaqlaşdıran radikal dini düşüncəyə qarşı ayıq-sayıq olmalıdır.”
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Balakəndə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

    13 İyul 2017 18:06