Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Terrora qarşı İslam həmrəyliyi

Müasir dünyada beynəlxalq proseslərin gedişatına nəzər saldıqda ən aktual məsələlərdən birinin, bəlkə də birincisinin terror olduğu görünür. Terrorizm, heç şübhəsiz, hazırda insanlıq və bəşəriyyətə tuşlanmış ən təhlükəli silahdır.
Lakin günümüzdə daha narahatedici məqam siyasi oyunlara əl atan qüvvələrin terror kimi bəşəri cinayəti İslamla əlaqələndirməyə çalışmasıdır. Ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla əlaqələndirən qüvvələrin məqsədi İslam dininin sürətlə yayılmasının və təməli Rəsulullahın(s) dövründən qoyulan müsəlman qardaşlığının daxildən dağıdılmasına yönəlmişdir. Çox təəssüflə qeyd etmək lazımdır ki, bu gün hegemon dövlətlərin siyasi oyunlarına alət olan müsəlman ölkələri münaqişələrlə dolu acınacaqlı vəziyyətə düşmüşlər. Parisin Sorbon Universitetinin Siyasi Araşdırmalar Mərkəzinin direktoru rəssam Səlamə ABŞ-da nəşr olunan “Foreing Policy” jurnalında dərc olunmuş “İslam və Qərb” məqaləsində: “Soyuq müharibə bitdi. Qərb strateqləri yeni bir düşmən müəyyənləşdirdi. Bu düşmən İslamdır...Halbuki, bu insanların əksəriyyətinin İslam haqqında bilgiləri çox qıtdır”,- deyə yazır. Bu siyasət müsəlmanların parçalanması ilə yanaşı, İslama və müsəlmanlara qarşı böyük nifrət yaratmışdır.
İslamın adının terrorla qoşa çəkilməsi beyinlərdə belə bir sual doğurur: “Doğrudanmı İslam dünya üçün potensial təhlükədir? Bu dinin fundamentalizm, terrorizm, ekstremizm və s. kimi məfhumlarla əlaqəsi vardırmı?”.Bu suallara aydınlıq gətirmək üçün öncə “terror” sözünün kökünə nəzər salaq və bu iki anlayışı - terror və İslam - müqayisə edək. Hərfi anlamda “terror” sözü “qorxu”,“İslam” isə “sülh” deməkdir. İlk sual burdan meydana gəlir: zidd anlayışlar necə ola bilər ki, eyniləşsin? Yuxarıda da qeyd olunduğu kimi, “terrorizm” insanlığa və dünyaya qarşı yönəldilmiş cinayətdir. Bu, bəzi qüvvələrin öz şəxsi məqsədlərinə çatması üçün zor, güc, hədə-qorxu tətbiq etməsidir. Terror bəşəriyyətin məhvinə yönəlmiş dağıdıcı siyasət növüdür.
İslam isə gözəl əxlaq, xoş ünsiyyət, Allahın yaratdığı hər bir canlıya qarşı qayğı, sevgi, mərhəmət göstərilməsini əmr edir. İslamda hətta bitkilərin də, heyvanların da ehtiyacdan artıq kəsilməməsi buyurulur. İslamla azca tanışlığı olan hər kəsə məlumdur ki, bu dində, ümumiyyətlə, zorakılığa yer yoxdur. Məhəmməd peyğəmbərin (s) müharibə qanunlarına nəzər salsaq, müharibədə ələ keçirilmiş ərazilərdə qadınları, uşaqları, yaşlıları, xəstələri, din adamlarını, təslim olanları, heyvanları öldürməyi, ağacları kəsməyi, əsirlərlə pis rəftar etməyi, ibadət yerlərini dağıtmağı, meyitlərə ziyan vurmağı qadağan etdiyini görərik (Buxari, Cihad,146; Əbu Davud, 113).
Bir çoxu İslamda “cihad”ı terrorla eyniləşdirərək ona “terror dini” damğası vurmağa çalışır. Lakin İslamda cihad anlayışı tamamilə fərqlidir və o heç bir halda günahsız insanın öldürülməsinə yönəlməmişdir. Cihad, Allahın buyurduğu kimi, özünü müdafiə formasıdır. Bu müdafiə də hazırda hər bir ölkənin konstitusiyasında yer almaqdadır. Uca Yaradan buyurmuşdur: “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir” (Bəqərə, 190). Peyğəmbərin (s) və onun yolu ilə gedən müsəlmanların da üzərinə düşən öhdəlik ancaq təbliğdir. Qurani-Kərimdə də buyurulduğu kimi, heç kəsi zorla, hədələməklə, qanını tökməklə İslama gətirmək olmaz: Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi” (Bəqərə,256). Belə uca anlayışları özündə ehtiva edən bir din milyonlarla günahsız insanların qanının axıdılmasına necə bais ola bilər?
Terrorçuların əsas məqsədləri zor tətbiq etmə, kütləvi qətliamlar, ölkələr arasında müharibələr yaratmaqdır. Əsl müsəlman isə nəinki öz din qardaşına, ümumiyyətlə, heç bir canlıya qarşı zülm etməz. Belə olan halda həqiqi müsəlmana terrorçu damğası necə  vurula bilər?
Məlumdur ki, bir dini tanımağın ən doğru yolu onun müqəddəs qaynağını araşdırmaqdır. İslamın müqəddəs mənbəyi Qurandır və onun əxlaqının əsas prinsipi sevgi, şəfqət, mərhəmət, ədalət, təvazökarlıq, fədakarlıq kimi humanist keyfiyyətlərdir. Bu əxlaqi keyfiyyətləri öz ruhunda birləşdirən müsəlman hərtərəfli şəkildə kamil insana çevrilərək ətrafdakılara da sevgi, hörmət və rahatlıq bəxş edir. Quran əxlaqına görə, müsəlman olan şəxs dinindən asılı olmayaraq, digər insanlarla mehriban və ədalətli davranmağa, zəifləri və günahsızları qorumağa, yer üzündə fitnə-fəsadın qarşısını almağa borcludur, bunun üçün məsuliyyət daşıyır. Yer üzündə insanların əmin-amanlığını və rahatlığını, sülhü pozan hər cür anarxiya və terror isə fitnə-fəsaddır.
Dünyada baş verən terror hadisələrinin İslamla əlaqələndirilməsi bu dinin adına silinməsi çətin olan ləkə vurur. Bu ləkənin təmizlənməsinin yeganə yolu isə müsəlman ölkələrinin həmrəyliyi və birgə əməkdaşlığıdır. Məhz bu prizmadan çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edərək İslam dininə vurulan terror damğası ilə birgə mübarizədə ölkəmiz adına böyük addım atmışdır. Qeyd edək ki, bu addım İslam ölkələri tərəfindən çox böyük dəstək almışdır. Bütünlüklə İslam dünyasının birliyinə doğru atılan bu addım müsəlman ölkələrini yaxınlaşdırmaqla yanaşı, onları İslam adı ilə bağlanan terrora qarşı mübarizədə də birləşdirəcəkdir.
Əsrlərdən bəri Azərbaycan xalqı bir çox etnik və dini birlikləri öz qoynunda birləşdirmiş və İslam dininin mahiyyətindən doğan sülh, həmrəylik kimi prinsiplərə sadiqlik nümayiş etdirərək bu torpaqlarda yaşayan hər kəsə bərabər dərəcədə yanaşmışdır. Bu rəngarənglik və müxtəliflik ayrı-ayrı xalqlar və etnik qruplar arasında heç zaman narazılıq və ya ayrı-seçkiliklərə səbəb olmamış, əksinə,Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində daha da möhkəmlənərək xalqımızın güclənməsinə səbəb olmuşdur. Hazırda ölkəmiz beynəlxalq miqyasda multukulturalizm, həmrəylik prizmasından nümunəvi ölkə kimi qəbul olunur.
Çoxkonfessiyalı ölkə kimi Azərbaycan dünyada dinlər və mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə layiqli töhfələr verə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmrəyliklə bağlı fikirlərində bildirdiyi kimi, bu həmrəylik təkcə İslam dininə mənsub olanların yox, eləcə də digər dinlərlə İslam dini arasında həmrəyliyin yaradılmasına xidmət etməlidir: "Müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, İslam həmrəyliyi dedikdə, həmçinin İslam ilə digər dinlər arasında harmoniyanın yaranması da nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək, real addımlar atmaq lazımdır”.
Terrorun və terrorçunun nə dini, nə də milliyəti vardır. Bir çox siyasi ideologiyalar və siyasi doktrinalar altında gizlədildiyi kimi, terrorizm İslam dini ilə də maskalanır. Hazırda dünya ölkələrinin diqqət mərkəzində olan terror özünü dinlə pərdələmişdir. Ancaq bu, insanları onun həqiqi üzünü görməkdə çaşdırmamalıdır.  Terrorçu qüvvələr özlərinin təcavüzkar siyasətlərini həyata keçirtmək üçün hər birimizin hörmətlə yanaşdığı milli-mənəvi dəyərləri hədəf seçirlər. Bütün dünyanı ağuşuna almış terror ilə mübarizə müsəlman ölkələrini bir-birinə daha da yaxınlaşdırmışdır. Bu yaxınlaşma fonunda xalqlararası, dinlərarası və mədəniyyətlərarası dialoq daha böyük əhəmiyyət daşımağa başlamışdır. Həmrəyliyin bərqərar edilməsinə istiqamətlənən bu dialoq terrorizmin qarşısının alınmasına xidmət etməlidir.
Terrorizm bir insanın həyatı üçün təhlükə yaradırsa, deməli, bütövlüklə cəmiyyət və bəşəriyyət üçün təhlükəlidir. Bəşəriyyətin xilası naminə, mədəniyyətlərin və dinlərin dialoqunda qarşılıqlı həmrəylik yaratmalı, terrorizmə, ekstermizmə, zorakılığa “yox” deməli, təxribatçı, dağıdıcı qüvvələrə qarşı birlik və həmrəylik nümayiş etdirməliyik.
 
Rima Hacıyeva,
DQİDK-nın əməkdaşı
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Terrora qarşı İslam həmrəyliyi

    22 İyun 2017 11:47