Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

16 saylı cazaçəkmə müəssisəsində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirləri davam etdirir.
İyunun 16-da 16 saylı cəzaçəkmə müəssisəsində “İslam həmrəyliyi zamanın çağırışıdır” mövzusunda keçirilmiş tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Süleyman Salayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov iştirak ediblər.
16 saylı müəssisənin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə mayoru Qafar Qafarov müəssisədə məhkumlara dini etiqadlarını həyata keçirmək üçün yaradılmış şərait barədə məlumat verib. O bildirib ki, il boyu, o cümlədən Ramazan ayında məhkumların mənəvi tələbatlarının ödənilməsi üçün lazımı şərait yaradılıb.
Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini xalqımızın milli-mənəvi dəyərlərinə göstərilən diqqət və qayğı kimi qiymətləndirən Q.Qafarov bu cür tədbirlərin cəzaçəkmə müəssisələrində də keçirilməsini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini zamanın çağırışı olduğunu və bunun mahiyyətində birliyə, vəhdətə və həmrəyliyə çağırış durduğunu qeyd edib. N.Məmmədov vurğulayıb ki, İslam həmrəyliyinə çağırış həm də dinimizin adının terrorla bağlanmasına və islamafobiyaya qarşı haqq səsinin ucaldılmasıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov çıxışında İslam həmrəyliyinə mane olan dini radikalizmi, ekstremizmi və fundamentalizmi özünütəcrid adlandırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • 16 saylı cazaçəkmə müəssisəsində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

    16 İyun 2017 16:02