Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Corat qəsəbəsində dini radikalizmə qarşı mübarizənin başlıca yolları müzakirə edilib

İyunun 16-da Sumqayıt şəhəri Corat qəsəbəsi 7 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyev, məktəbin direktoru, müəllimlər və qəsəbə ziyalıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov Corat qəsəbəsinin dini ənənələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edərək bildirib ki, bəzi hallarda bu müsbət tendensiyanı pozmağa cəhd göstərən qüvvələr olsa da, qəsəbə sakinlərinin ənənəvi dəyərlərə möhkəm bağlılığı və aparılan maarifləndirmə işləri sayəsində bu kimi cəhdlərin qarşısı alınır.
Daha sonra çıxış edən DQİDK-nın şöbə müdiri Əliheydər Zülfüqarov milli-mənəvi dəyərlər sistemimizin əsas tərkib hissəsi olan, xalqımızın min illər boyu yaratdığı dini dəyərlərə zərbə vurmaq istəyən radikal meyillər və radikalizmin təhlükələri barəsində iştirakçılara məlumat verib. Şöbə müdiri bütün ideologiyalarda radikal meyillərin olduğunu vurğulayaraq bildirib ki, radikalizmin dini, milliyəti yoxdur. O, eyni zamanda zərərli dini cərəyanlara qoşulan şəxslərin mənəvi, psixoloji xüsusiyyətləri haqqında da danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Corat qəsəbəsində dini radikalizmə qarşı mübarizənin başlıca yolları müzakirə edilib

    16 İyun 2017 16:01