Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bərdədə “Gənclərin radikal təsirlərdən qorunmasında İslam həmrəyliyi ideyasının rolu” mövzusunda tədbir keçirilib

İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə rayon regional “Asan xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal təsirlərdən qorunmasında İslam həmrəyliyi ideyasının rolu” mövzusunda Bərdə rayon regional “Asan xidmət” mərkəzində təlim xarakterli tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları,  Bərdə  Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və əməkdaşı Aydın Qasımov, Asan Xidmət Mərkəzinin direktoru Elxan Cəfərov və Mərkəzin nümayəndələri, gənclər və ziyalılar iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan regional “Asan xidmət” mərkəzinin direktor Elxan Cəfərov mövzu ilə bağlı məlumat verib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev isə tolerant, multikultural və İslam həmrəyliyi ideyalarının gənclərə aşılanmasının əhəmiyyətindən danışıb və radikal düşüncələrin cəmiyyətdə yayılmasına, xüsusən də gəncləri təsir altına salmasına qarşı mübarizənin vacibliyini qeyd edib. Natiq Əfəndiyev “İslam Həmrəyliyi İli” ilə əlaqədar DQİDK-nın həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O deyib ki, gələcəkdə gənclərlə bağlı maarifləndirmə tədbirlərinin daha çox  keçirilməsi nəzərdə tutulur.
Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov çıxışında vurğulayıb ki, həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə yüksək etimada malik dövlətlər sırasında yer almaqdadır.
Daha sonra çıxış edən Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz yüksək nəticələr barədə məlumat verib, eyni zamanda bu uğurların gənc nəslin radikalizmdən uzaq mühitdə inkişafına müsbət təsir etdiyini söyləyib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov şöbə tərəfindən slayd formatında hazırlanmış mövzunu tədbir iştrakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştrakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin nəşr etdirdiyi dini təyinatlı ədəbiyyatlar paylanılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bərdədə “Gənclərin radikal təsirlərdən qorunmasında İslam həmrəyliyi ideyasının rolu” mövzusunda tədbir keçirilib

    14 İyun 2017 16:35