Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Yevlaxda radikalizmə qarşı mübarizə mövzusu müzakirə olunub

İyunun 13-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Yevlax rayon İmadəddin Nəsimi adına 3 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi: gənclik və radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, məktəbin direktoru Sevda Səmədova və məktəbin şagird və müəllim kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar və gənclər iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan rayonun İmadəddin Nəsimi adına 3 nömrəli tam orta məktəbinin direktoru Sevda Səmədova Təhsil Nazirliyi ilə DQİDK arasında imzalanmış birgə Tədbirlər Planının icrasının önəminə toxunub.
DQİDK-nınYevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsinin dünyaya bir mesaj olduğunu vurğulayaraq, ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin dünyaya nümunə olduğu kimi “İslam həmrəyliyi” çağırışının da dünyaya örnək olacağını bildirib. Çıxışının davamında isə DQİDK-nın bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən bəhs edib.
Daha sonra çıxış edənlər isə gənc nəslin radikal təsirlərdən qorunması üçün maarifləndirmə tədbirlərinin o cümlədən radikalizmə qarşı mübarizə məqsədilə birgə fəaliyyətin əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştirakçılara Dövlət Komitəsinin nəşr etdirdiyi dini təyinatlı ədəbiyyatlar paylanılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Yevlaxda radikalizmə qarşı mübarizə mövzusu müzakirə olunub

    13 İyun 2017 15:05