Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezident İlham Əliyev: “Bu ili “İslam Həmrəyliyi İli” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir”

“Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. Bildiyiniz kimi, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilmişdir. Bu ili “İslam Həmrəyliyi İli” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir. Mən tam əminəm ki, biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik.”
Bu sözləri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.
Prezident qeyd edib ki, bu il, eyni zamanda, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. "Təmsil etdiyiniz ölkələrin idmançıları Azərbaycanda bu Oyunlarda iştirak edirdilər. Bir çox qonaqlarımız olmuşdur. Əminəm ki, onlar öz ölkələrinə ən xoş təəssüratlarla qayıdıblar. İslam Həmrəyliyi Oyunları sadəcə idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar İslam aləmini birləşdirsin. İdmançılar, qonaqlar Bakıda olarkən bir ailə kimi yaşayırdılar və əminəm ki, bu günlər ərzində İslam həmrəyliyi ən yüksək zirvəyə qalxmışdır. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi bu yüksək zirvədə saxlayaq. Əminəm ki, belə də olacaq."

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezident İlham Əliyev: “Bu ili “İslam Həmrəyliyi İli” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir”

    13 İyun 2017 12:29