Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Hacıqabulda “İslam Həmrəyliyi İli” mövzusunda tədbir keçirilib

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayon 1 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev, Hacıqabul RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Şixəliyev, Haciqabul rayonu 1 saylı tam orta məktəbin direktoru Cəmilə Ağamaliyeva, təhsil işçiləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hacıqabul RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Şixəliyev milli-mənəvi dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunmasının Ulu Öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi qarşıya qoyulduğunu və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Haciqabul  rayonu 1 saylı tam orta məktəbin direktoru Cəmilə Ağamaliyeva mövzu ilə bağlı öz fikirlərini bölüşüb, gənclərə tövsiyələrini verib. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Hacıqabulda “İslam Həmrəyliyi İli” mövzusunda tədbir keçirilib

    19 May 2017 17:59