Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir


Mayın 19-da İmişli şəhər məscidi dini icmasında “Mill-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları, İmişli şəhər məscidi dini icmasının sədri Adıgözəl Bəşirov, dini icma üzvləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.
İmişli şəhər  məscidi  dini icmasının sədri Adıgözəl Bəşirov tədbirin məqsədi, ölkəmizin multikultural və milli-mənəvi dəyərləri, dini icmalara göstərilən dövlət qayğısının əhəmiyyəti barədə danışıb. O bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusi hörmətlə yanaşılır.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda mövcud olan ənənəvi İslam dininə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi yanaşıb və yüksək qiymət verib. C. Bəhrəmov bu gün ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib. 
Sonda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.
 
    

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt