Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Mayın 19-da Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Şərəfə kənd  məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və vəhdət” adlı layihə çərçivəsində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşları, Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyev  həmişə milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət çəkib, bu sahədə ölkəmizdə geniş tədbirlər həyata keçirib. Məhz bunun nəticəsidir ki, bu gün milli-mənəvi dəyərlərimiz öz tarixi köklərini qoruyub saxlaya bilib. Natiq vurğulayıb ki, çağdaş Azərbaycanın başçısı cənab İlham Əliyev bu ənənəni qoruyaraq daha da inkişaf etdirir.
Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, ağsaqqallar Aslan Rəhimov, Natiq Məmmədov və başqaları çıxışlarında  Azərbaycanda mövcud milli və dini birlikdən, Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi önəmdən və bu sahəyə göstərdiyi xidmətlərdən söhbət açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

    19 May 2017 14:40