Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Gündüz İsmayılov: “İslam həmrəyliyi çağırışını ölkə başçıları səviyyəsində ilk dəfə Azərbaycan Prezidenti etdi”

Son illər Azərbaycanda bir sıra önəmli beynəlxalq tədbirlər keçirilir. Bu, Azərbaycanın dünya miqyasında çox böyük hörmətə malik olan ölkə olduğunu sübut edir.
O cümlədən mayın 12-dən etibarən başlayan IV İslam Həmrəylik Oyunları da bu cür tədbirlərin sırasındadır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Modern.az saytına İslam Oyunlarının ölkə üçün olan əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu oyunlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzu baxımından çox önəmlidir:
“İlk növbədə İslam Həmrəyili ili çərçivəsində IV İslam Həmrəylik Oyunlarının keçirilməsi təkcə Azərbaycan üçün yox, bütün İslam dünyası üçün önəmli və tarixi hadisədir. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, İslam dininin dünyada özünəlayiq formada təqdim edilməsi baxımından gözəl fürsətdir.
2016-cı il Azərbaycanda “Multikulturalizm ili” idi. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edildi. Mənə elə gəlir ki, cənab Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” ilə bağlı Sərəncamına “Multikulturalizm ili”nin məntiqi nəticəsi kimi yanaşmaq lazımdır”.
Sədr müavininin fikrincə, bu gün İslam dünyası ölkələrinin həmrəyliyinə ehtiyac var:
“İslam, o cümlədən Azərbaycanla bağlı həqiqətlərin çatdırılmasında bu il çərçivəsində həyata keçirilən tədbirlərin böyük rolu olacaq. Biz artıq bunu hiss edirik. Çünki ilin əvvəlindən başlayaraq “İslam Həmrəyliyi İli” çərçivəsində müxtəlif beynəlxalq konfranslar, tədbirlər təşkil edilib. Həmin tədbirlərdən istifadə edərək biz Azərbaycan reallıqlarını, xüsusilə, Qarabağla bağlı reallıqları beynəlxalq aləmə, mütəxəssislərə, diplomatara, eyni zamanda müxtəlif yaradıcı qurumları təşkil edən şəxslərə çatdıra bilmişik.
Həmçinin, bu gün İslam dünyasında həmrəyliyə böyük ehtiyac var. Bu həmrəyliyin gerçəkləşməsi üçün Azərbaycanın dövlət başçısı çağırış edib. Qeyd edim ki, ölkə başçıları səviyyəsində müsəlman dünyasına birlik çağırışı ilk dəfədir. Bundan əvvəl də İslam birliyi ilə bağlı müəyyən çağırışlar olub. Amma  bu çağırışları edənlər hansısa din xadimi, ictimai-siyasi  xadim idi. Düşünürəm ki, İslam birliyinə nail olmaq,  bu istiqamətdə uğur əldə etmək üçün  IV İslam Həmrəylik Oyunları kifayət qədər əhəmiyyət kəsb edir”. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Gündüz İsmayılov: “İslam həmrəyliyi çağırışını ölkə başçıları səviyyəsində ilk dəfə Azərbaycan Prezidenti etdi”

    19 May 2017 14:17