Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Komitə sədri: “İslam Həmrəyliyi Oyunları sülh, həmrəylik oyunlarıdır və ölkəmiz dünyada sülhün, birgəyaşayışın məkanı kimi qəbul edilir”

Bütün sahələrdə uğurla inkişaf edərək bölgənin, eyni zamanda İslam aləminin əsas söz sahiblərindən birinə çevrilən Azərbaycan bu günlərdə müsəlman dünyasını əhatə edən, öz kütləviliyi ilə seçilən daha bir beynəlxalq idman yarışına – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bu Oyunların Azərbaycanda keçirilməsinin ölkəmiz üçün çox böyük ictimai-siyasi əhəmiyyəti vardır. 54 müsəlman ölkəsinin qatıldığı bu Oyunlarda idmançılarımız qazandıqları nailiyyətlərlə hər birimizi fərəhləndirməkdədirlər. Artıq yarışların başa çatmasına bir neçə gün qalıb və geridə qalan günlər bir daha sübut etdi ki, dövlətimiz əvvəlki illərdə olduğu kimi, bu tədbirin də təşkilatçılıq işinə özünəməxsus möhür vuracaq, yeni səviyyə müəyyənləşdirəcəkdir.
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "ATV Xəbər" informasiya proqramına müsahibəsində bildirib.
Komitə sədri qeyd edib ki, bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi İslam dünyasında həmrəyliyin güclənməsinə böyük töhfə olacaqdır. Bu gün İslam dünyası, bəlkə də, özünün çox mürəkkəb dövrlərindən birini yaşayır. Bir sıra müsəlman ölkəsində müharibə və münaqişələr davam edir. Təbii ki, belə bir dövrdə Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil etməsi, yarışların uğurla keçirilməsi İslam dünyasında həmrəyliyə, sülhə, əmin-amanlığa böyük təkan verəcəkdir. İslam Həmrəyliyi Oyunları sülh, həmrəylik oyunlarıdır və ölkəmiz bütün dünya tərəfindən sülhün, əmin-amanlığın, barışın, birgəyaşayışın məkanı kimi qəbul edilir.

Müsahibəyə aşağıdakı linkdən baxa bilərsiniz:
www.youtube.com/watch

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Komitə sədri: “İslam Həmrəyliyi Oyunları sülh, həmrəylik oyunlarıdır və ölkəmiz dünyada sülhün, birgəyaşayışın məkanı kimi qəbul edilir”

    19 May 2017 18:00