Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“İslam Həmrəyliyinin əhəmiyyəti” mövzusu Bərdədə müzakirə edilib


Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyinin əhəmiyyəti” mövzusunda Bərdə rayon Otuzikilər kənd orta məktəbində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə Otuzikilər kənd məscidinin dini ayinlər icraçısı Pərviz Məmmədov, Bərdə Rayon Polis Şöbəsinin polis baş leytenantı Sadiq Alıyev, polis sahə müvəkkili Habil Zakirov, dini icmaların nümayəndələri, məktəbin müəllim və şagird heyəti iştrak ediblər.
Tədbiri Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov açaraq, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsinin dünyaya bir mesaj olduğunu vurğulayan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov ölkəmizin tolerantlıq və multikultural dəyələrinin dünyaya nümunə olduğu kimi “İslam həmrəyliyi” çağırışının da örnək olacağını bildirib.
Daha sonra Bərdə Otuzikilər kənd məscidinin dini ayinlər icraçısı Pərviz Məmmədov, Bərdə rayon Otuzikilər kənd tam orta məktəbinin direktoru Nizami İsayev,  Bərdə Rayon Polis Şöbəsinin polis baş leytenantı Sadiq Alıyev mövzu ilə bağlı çıxış ediblər. Natiqlər tarixən Azərbaycanda mövcud olan multikultural və tolerant dəyərlərin inkişaf etdirilməsi və gənclərə ötürülməsinin vacibliyindən bəhs edib, “İslam Həmrəyliyi İli”, o cümlədən ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində milli-mənəvi dəyərlərimizin daha geniş təbliğatının əhəmiyyətini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt